"Qəbələ"nin Türkiyədə son sınağı

"Qəbələ" komandası Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını yekunlaşdımaq üzrədir.

Sportline.az xəbər verir ki, komanda bu gün növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar”ın rəqibi yerli “Boluspor” olacaq.

Bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşan "Qəbələ", bu oyunla Bolu toplanışını başa vuraraq Vətənə dönəcək.

 

Yoxlama oyunu 

17 iyul

17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ”

Bolu. “Koru” otelinin meydanı