Qətər-2022: İştirakçıların sayı açıqlandı

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirakçılarının sayını açıqlayıb.

Sportline.az xəbər verir ki, qərara əsasən, yarışda 32 komanda mübarizə aparacaq. 

Ali futbol qurumu bir müddət öncə 48 komandalı turniri DÇ-2022-də həyata keçirməyi düşünürdü. Yekun müzakirələrdən sonra 32 komandanın iştirakı təsdiqlənib.

FIFA daha öncə açıqladığı kimi, ABŞ, Kanda və Meksikada keçiriləcək DÇ-2026-da 48 ölkənin turnirə qatılacağını bəyan edib.

Xatırladaq ki, 2022-ci il dünya çempionatı, iqlim şəraitinə görə noyabrın 21-də başlayıb, dekabrın 18-də yekunlaşacaq.