"Qırmızı şeytanlar" Poqbasız qaldılar

“Mançester Yunayted”in futbolçusu Pol  Poqba İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"lə oyunu buraxacaq.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi  Ole Qunnar Sulşer məlumat verib. O, zədədən bərpası davam edən 26 yaşlı yarımmüdafiəçinin hələ oynamağa hazır olmadığını deyib: “Ona bir az vaxt lazımdır. Çox çalışır. Məşqdə onun necə olacağına baxacağıq”.

Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" görüşü sabah keçiriləcək.