"Qırmızı şeytanlar" Sulşeri dəstəkləyir

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçuları rəhbərlikdən Ole Qunnar Sulşeri baş məşqçi postundan istefaya göndərməməyi xahiş ediblər.

Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, bu barədə söhbət "qırmızı şeytanlar"ın "Tottenhem" üzərində 2:1 hesablı qələbə qazandıqları XV tur matçından öncə aparılıb. Onlar norveçli mütəxəssisin klubu irəli aparmaq üçün ən münasib baş məşqçi olduğunu bildiriblər.

Qeyd edək ki, Ole Qunnar Sulşer "Mançester Yunayted"ə 2018-ci ilin dekabrında baş məşqçi təyin olunub. Cari mövsümdə bu komanda 15 oyundan 21 xalla 6-cı yerdə gedir. Bu gün "qırmızı şeytanlar" "Mançester Siti"nin qonağı olacaqlar.