"Qızıl top"a ilk namizədlər açıqlandı

Məşhur "France Football” nəşri ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutulan “Qızıl top” mükafatına ilk namizədlərin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıda Serxio Aqüero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Alisson Bekker (Braziliya, "Liverpul") və Edinson Kavaninin (Uruqvay, PSJ) adı var. 

Ümumilikdə dünyanın ən yaxşı futbolçusu mükafatına 30 namizəd olacaq. 

Qeyd edək ki, "Qızıl top"un sahibi dekabrın 3-də müəyyənləşəcək.