"Qızıl top"un sahibi müəyyənləşir

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının növbəti sahibi bu gün müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

İlin futbolçusu adına namizədlər Lionel Messi ("Barselona", Argentina), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deykdir ("Liverpul", Niderland).

Qeyd edək ki, Messi və Ronaldonun hərəyə 5 "Qızıl top"u var. Van Deyk isə, ilk dəfə bu sevinci yaşaya bilər.