"Qoca senyora" onu da yoldan çıxardı

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi yaxın günlərdə "Yuventus"la müqavilə bağlaya bilər.

Sportline.az Sky Sports-a istinadən xəbər verir ki, uelsli futbolçu yanvarın 13-də tibbi baxışdan keçəcək. 

Qeyd edək ki, bir müddət əvvəl yayılan xəbərlərdə, Remsinin turinlilərlə mövsümə 8 milyon avro qazancla, 5 illik müqavilə razılaşdırdığı bildirilirdi.