Qol vurdu, "ən yaxşı" seçildi

DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən Meksika - İsveç duelinin ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Skandinaviya təmsilçisinin heyətindən Lüdviq Avqustinsson "matçın ən yaxşısı" tituluna yiyələnib.

Qeyd edək ki, İsveçin 3:0 hesablı qələbə qazandığı görüşdə L.Avqustinsson hesabı açıb.