"Qolden Steyt Vorriors" "Los Anceles Klippers"i məğlub etdi

Milli Basketbol Assosasiyasında (NBA) mübarizə davam edir.

Sportline.az xəbər verir ki, mövsümə əla start verən “Qolden Steyt Vorriors” “Çiz Senter”da “Los Anceles Klippers”lə qarşılaşıb.

İlk period kaliforniyalıların üstünlüyü şəraitində keçib. 33:25. Böyük fasiləyə qədər toparlanan “Los Anceles Klippers” hesabı öz xeyrinə dəyişməyi bacarıb. 49:44.

Fasilədən sonra təşəbbüsü yenidən ələ alan “Qolden Steyt Vorriors” yekunda 98:79 hesablı qələbəyə sevinib.

Oyunun ən yaxşı basketbolçusu Cimi Batler seçilib. 21 xal 5 ribaund 5 asist. “Los Anceles Klippers” isə ən yaxşı nəticəni Ceyms Harden göstərib.

20 xal 4 ribaund 1 asist. Bu mövsüm 4-cü qələbəsini qazanan “Qolden Steyt Vorriors” Qərb konfransında 3-cü pillədə yer alır. “Los Anceles Klippers” 6-cı pillənin sahibidir.