Qolovin rəsmən "Monako"da
Rusiya millisinin üzvü Aleksandr Qolovinin "Monako"ya keçidi rəsmiləşib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilə qədər müqavilə bağlanılıb. O, yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək.
"Knyazlar"ın futbolçunun keçidi üçün Moskva MOİK-inə 30 milyon avro ödədiyi deyilir.
Qeyd edək ki, Aleksandr Qolovin DÇ-2018-də Rusiya millisinin heyətində yer alıb. O, mundialda keçirdiyi 4 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.