Qomis zirvədə
"Qalatasaray"ın hücumçusu Bafetimbi Qomis vurduğu qollara görə Avropada ən yaxşı futbolçudur.
SportLine.az "Opta"ya istinadən xəbər verir ki, fransalı forvard, orta hesabla, 79.5 dəqiqədən bir qol vurur. Bu, Avropanın böyük beşlik ölkələrinin bombardirlərinin göstərdiyi nəticələrdən daha yaxşıdır.
B.Qomis cari mövsüm Super Liqada 1907 dəqiqə meydanda olub və 24 dəfə rəqib qapıçıları məyus edib. Bu nəticə ilə 2000/2001-ci il mövsümündə Mario Jardelin (22 qolla "Qalatasaray"ın ən məhsuldar legioneri) uğurunu təkrarlayan futbolçu, hazırda İstanbul klubunun tarixində ən məhsuldar əcnəbi futbolçu hesab olunur.
"Opta"nın proqnozuna görə, futbolçu bu tempi qorusa, mövsümü 34 qolla tamamlayacaq və 28 qolla Super Liqa tarixinin ən məhsuldar legioneri - Aleks de Souzanı arxada qoyacaq.