Qoran Sabliç: "Çox güclü, yaxşı komanda ilə qarşılaşacağıq"
“Sabah UEFA Avropa Liqasında qrupa düşmək uğrunda ilk oyunumuzu keçirəcəyik. Çox güclü, yaxşı komanda ilə qarşılaşacağıq. Rəqib topa daha çox sahib olmağı və hücumameylli futbol oynamağı sevir. Ötən il Avropada öz parlaq çıxışı ilə yadda qalıb. Ona görə də hər iki oyunun çətin keçəcəyini düşünürəm”. Q. Sabliç oyuna hazır olduqlarını söyləyib: “Çətin olacağını bilirik, amma oyuna hazırıq. Komandamızda Avropa Liqasında qruplara qalmaq üçün lazım olan bütün keyfiyyətlər var. İki fərqli futbol fəlsəfəsinə malik olan komandalar üz-üzə gələcəklər. Evdə oynadığımızdan azarkeşlərin də dəstəyi ilə ən yaxşı oyunumuzu göstərə bilərik. Doğma meydanda qazanacağımız yaxşı nəticə qrup mərhələsinə adlamağımza imkan yarada bilər”. Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. |