Qranit Caka: "Mxitaryanın olmamasına görə məyusuq"

“Mxityaranın Bakıda olmamasından məyusuq. Siyasətdən çox danışdıq, indi isə futboldan söhbət açmaq istəyirik”.

Sportline.az-ın məlumatına görə, bunları İngiltərənin “Arsenal” komandasının futbolçusu Qranit Caka UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.

İsveçrəli yarımmüdafiəçi bildirib ki, baş məşqçi Unay Emerinin Avropa Liqasında yaxşı təcrübəsi var: “Unay Emerinin çox böyük təcrübəsi var. Avropa Liqasının kubokunu 3 dəfə qazanıb. Dördüncü kuboku ona hədiyyə etmək istəyirik. İlk dördlükdə olmağa layiqik. Finala tam hazır olmalıyıq. Bakıda və ya başqa yerdə oynamağın fərqi yoxdur”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.