Qriqorçuk istefa verdi

"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk vəzifəsindən istefa verib. SportLine.az xəbər verir ki, mütəxəssis bu barədə qərarını Azərbaycan kubokunun final oyunundan sonra açıqlayıb.

2014-cü ildən "Qəbələ"yə rəhbərlik edən ukraynalı mütəxəssis, "Bu, son oyunum idi. Finalda belə ab-havaya görə təşkilatçılara minnətdarlıq edir, Cumhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm", - deyib.

Qeyd edək ki, final görüşü "Keşlə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.