Qriqorçuk yenidən "Astana"da

Roman Qriqorçuk yenidən "Astana"ya rəhbərlik edəcək. SportLine.az "Kazfootball”a istinadən xəbər verir ki, bu barədə klubunun prezidenti postunu tərk edən Sayan Hamitcanov məlumat verib.

Onun sözlərinə görə, "Astana”dan şəxsi işləri ilə əlaqədar ayrılmış baş məşqçi Roman Qriqorçuk geri dönüb: "Qriqorçuk "Astana”nın baş məşqçisi qismində yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq təlim-məşq toplanışında vəzifəsinin icrasına başlayacaq. Qriqori Babayan baş məşqçinin köməkçisi olaraq qalacaq". 

Qeyd edək ki, R.Qriqorçuk "Qəbələ"dən "Astana"ya keçib.