Qriqorçukun yeni iş yeri rəsmiləşdi
"Qəbələ” sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstanın "Astana" klubu ilə müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, ukraynalı mütəxəssis bu gün ictimaiyyətə rəsmən təqdim olunub. Onunla 2 illik müqavilə bağlanıldığı açıqlanıb.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”ni çalışdıran Qriqorçuk ölkə kubokunun final matçından sonra istefa vermişdi.
