Quardiola "Mançester Siti" ilə müqaviləni yenilədi

"Mançester Siti" ispaniyalı mütəxəssis Pep Quardiola ilə müqavilə yeniləyib.

SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, yeni şərtlərə görə, P.Quardiola 2021-ci ilədək "şəhərlilər"i çalışdıracaq. O, ilinə 20 milyon funt-sterlinq qazanacaq. Bu da, onun indiki maaşından 3 milyon funt-sterlinq çoxdur.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"də fəaliyyət göstərir.