"Quba" "Sərhədçi" ilə üz-üzə gələcək
Azərbaycan Basketbol Liqasının XVI turunun daha bir oyunu bu gün keçiriləcək.
Sportline.az xəbər verir ki, günün yeganə matçında "Quba" "Sərhədçi" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 20:30-da start götürəcək.
"Sərhədçi" B qrupunda 20 xalla dördüncü pillədə qərarlaşıb. Eyni xala malik olan bölgə təmsilçisi beşincidir.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Lənkəran"ı məğlub edib - 102:77.