“Quba” yeni transferini açıqlayıb

"Quba" daha bir legioner basketbolçunun transferini reallaşdırıb.

Bu barədə Sportline.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub 1998-ci il təvəllüdlü Alonzo Range Jr ilə anlaşıb. Hücumçu daha əvvəl "Kanzas Vesleyan Universiteti"nin komandasında çıxış edib.

"Quba"ya gələnə qədər isə "BC New Basket" (Kosovo), "Andes Basquet Club" (Ekvador) komandalarının formasını geyinib.

Basketbolçunun artıq Bakıda olduğu və sabahdan mövsümöncəsi toplanışa qoşulacağı bildirilib.