“Quba”dan yeni transfer

"Quba" növbəti transferini reallaşdırıb. 

Bu barədə Sportline.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komandanın növbəti transferi də ABŞ-dən olub. ABL-in iştirakçısı 2000-ci il təvəllüdlü hücumçu Amadou Traore ilə anlaşıb. 

Nyu-Yorkdan olan olan Traore artıq "Quba"nın məşqlərinə qoşulub. Azərbaycana gələnə qədər isə Traore "University of Bridgeport" komandasının üzvü olub.