Qurban Qurbanov: "Cavab oyununa daha ciddi hazırlaşacağıq"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarından biri “Qəbələ” və “Qarabağ” komandaları arasında keçirilib.

Sportline.az xəbər verir ki, minimal hesabla məğlub olan qonaqların baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı təəssüratlarını bölüşüb.

“Çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı. Evdə qol buraxmadan qalib gəlmək üstünlükdü. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.