Qurban Qurbanov: "Futbolçularımız çempion olmağa istəklidirlər"

Topaz Premyer Liqasında 22-ci tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, "Sumqayıt" - "Qarabağ" görüşündən sonra ənənəvi mətbuat konfransı keçirilib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 6:0 hesablı qələbədən danışıb. 

"Futbolçularımı təbrik edirəm. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik. Belə oyunlar isə il ərzində az sayda olur. Futbolçularımız çempion olmağa istəklidirlər. Amma idmanda hər şey istədiyin kimi olmur. İşimiz növbəti matçlara hazırlaşmaqdır. Çempionluq üçün kuboku əldən vermək düşüncəsi heç vaxt olmayıb. İkisini də qazanmaq şansımız varsa niyə yararlanmayaq"?