Qurban Qurbanov köməkçisi ilə yolları ayırdı

Namiq Yusifov "Qarabağ"dan uzaqlaşdırılıb.

Sportline.az xəbər verir ki, bir müddətdir Qurban Qurbanovun köməkçisi vəzifəsində çalışan Yusifov elə baş məşqçinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

N.Yusifov komandayla birgə Antalyaya təlim-məşq toplanışına gedib. Elə toplanış zamanı da Q.Qurbanov köməkçisini vəzifəsindən uzaqlaşdırıb.

Xatırladaq ki, N.Yusifov 2016-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ”da məşqçi kimi fəaliyyətə başlamışdı.

Qeyd edək ki, N.Yusifovun “Qarabağ”dan çıxarılması barədə ilk dəfə "sportlife.az" saytı xəbər yayıb.