Qurban Qurbanov Londona dəvət olundu
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən tədbirə qatılacaq.
Sportline.az xəbər verir ki, quruma üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri də sentyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə dəvət olunublar.
Qeyd edək ki, təbdirdə ilin ən yaxşı baş məşqçisi və futbolçusunun adına aydınlıq gətiriləcək.