Qurban Qurbanov Maradonanı qabaqladı

Futbol üzrə baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, ilk pillədə 15 min 551 xalla "Barselona"nın çalışdırıcısı Ernesto Valverde qərarlaşıb.

1000 ən yaxşı baş məşqçi arasında azərbaycanlılardan yalnız Qurban Qurbanovun adı var. Aktivində 1017 xal olan təcrübəli mütəxəssis 586-cı pillədə qərarlaşıb. O, bu göstəriciyə görə, Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanı (669-cu yer) qabaqlayıb.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin, 818 xalla 669-cu sıradadır.