Qurban Qurbanov media önünə çıxacaq
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Kukesi” (Albaniya) oyunundan əvvəl olacaq mətbuat konfranslarının vaxtı bəllidir.
Sportline.az xəbər verir ki, iyulun 31-də "Azərsun Arena"nın mətbuat zalında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Kukesi"nin baş məşqçisi isə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaq və komandamızın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaq.