Qurban Qurbanov media qarşısında

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Düdelanj" - “Qarabağ” oyunundan əvvəl baş tutacaq son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu gün media önünə çıxacaq.

O, Bakı vaxtı ilə saat 20:45-də jurnalistlərin suallarını cavablandıracaq. Azərbaycan çempionunun son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi "Jozi Bartel" stadionunda olacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Düdelanj" - “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:00-da başlanacaq.