Qurban Qurbanov mətbuat konfransına qatılmadı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq.

Sportline.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə 21:15-də matçın keçiriləcəyi GSP stadionunda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı planlaşdırılmışdı. Lakin 47 yaşlı mütəxəssis media önünə çıxmayıb. Buna səbəb konfransa yerli medianın qatılmamasıdır.

Azərbaycandan Nikosiyaya jurnalist yollanmadığı üçün mətbuat konfransı baş tutmayıb.

UEFA mətbuat konfransına qatılmayan klubu cərimə edir. Lakin buna görə "Qarabağ" cərimələnməyəcək. Çünki UEFA nümayəndəsinin qərarı ilə mətbuat konfransı reallaşmayıb.