Qurban Qurbanov: "Onların yenə də öz yerlərini alacaqlarına inanıram"

"Vacib oyun çıxdığımızı hamımız bilirik. Hər iki komandanın xalı yoxdur. Bu görüş haqqındada çox da danışmağa gərək yoxdur. Komandanı hazırlamışıq. Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm"

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla" ilə oyundan əvvəl deyib.

- Texniki məğlubiyyətdən sonra psixoloji durum necədir?

- Hər şey qaydasındadır. Fərqli turnirlərdir. Səhvlər olur. Onu aradan qaldırma üçün nə lazımdırsa edirik. 

- Gerryenin durumu necədir?

- Durumu tam yaxşı olmasa da, oynamaq ehtimalı var.

- Hannesi heyətdə görəcəyik?

-  Buna sabah qərar verəcəyik.

- "Qarabağ" "Vorsla"nı qapısına qol vurmağın yolunu tapıbmı?

- Hələ oynamamışıq. Problem təkcə hücumla bağlı deyil. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Bunun  üçün çalışacağıq.

- Rəqib hər iki oyunda rəqib qapıısna yol tapıb...

- Qol vurmağı bacaram komandadır. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Bunların üzərində işləmişik.

- Bilet satışı elə də yaxşı deyil. Bu, sizi narahat etmir ki?

- Azarkeşlər hər zaman bizimlə olub. Onların yenə də öz yerlərini alacaqlarına inanıram