Qurban Qurbanov püşkü dəyərləndirdi

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Azərbaycan çempionu bu mərhələdə son Albaniya çempionu "Partizani" komandası ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümkü komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər.  Həddindən artıq ciddi və diqqətli olmalıyıq".