Qurban Qurbanov: "Qələbələrimizlə onların ruhu şad olacaq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubuyla cavab matçından sonra mətbuat konfransı keçirib.
Sportline.az xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə 3:0 hesabıyla qalib gələrək III təsnifat mərhələsinə çıxdıqları ev qarşılaşması barədə danışıb.
- İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün oyunum daha da gözəlləşdirən onlar idi. Çox möhtəşəm azarkeşlik etdillər. Futbolçularımızı təbrik edirəm. Tam çalışdılar ki, sonadək düzgün oynasınlar. Rəqibə uğurlar arzulayıram. Cavab matçında da bizə asan olmadı. İstənilən halda, qalib gələrək növbəti mərhələyə adladıq. Növbəti həftədəki matça hazırlaşmağa az vaxtımız olacaq. BATE avrokuboklarda təcrübəli komandadır. Çalışacağıq ki, qarşıdakı 5 gündə yaxşı hazırlıq keçək.
- Emeqara debüt matçında penaltini qaçırdı. Bu, ona psixoloji təsir etməyəcək ki?
- Hər bir oyundan əvvəl penalti müəlifi müəyyənləşdirilir. Sadəcə, Dani Kintana matça 2 saat qalmışadək bilinmirdi ki, oynayacaq, ya yox. Səhər məşqindən sonra özünü narahat hiss edirdi. Emeqara penaltini rahat şəkildə vurmaq istədi və ona görə müdaxilə etmədim. Ancaq ikinci zərbədə bunu etməli oldum. Emeqara penaltini vurmayandan sonra soyuqqanlı oldu. Onunla penaltini vurmamaqla bağlı söhbətləşməyimə ehtiyac yoxdur. O, optimal formasından uzaqdır. Çalışacağıq ki, yaxın vaxtda formasını bərpa etsin.
- BATA haqqında hansı məlumatınız var?
- Açığı, heç bir məlumatım yoxdu. Bu oyun yekunlaşandan sonra diqqətimizi rəqibə yönəldirik. Bunu edərək futbolçularımıza düzgün məlumat çatdıracağıq. Bilirəm ki, bu gün səfərdə 2:0 hesabıya irəlidədi və sonda 2:1 hesabıyla qalib gəldilər.
- "Qarabağ"ın sabiq baş məşqçisi Allahverdi Bağırovun qəbri ermənilər tərəfindən dağıdılıb. Bu qələbəni həmin insanın xatirəsinə həsr etmək olar?
- Həsr etməkdə heç bir problem yoxdu. Sadəcə, dəfələrlə demişəm ki, düşüncəmiz, bütün məqsədimiz "Qarabağ" adını yüksəkdə qoruyub saxlamaqdı. İlk dəfə qrupa düşəndə də qələbəni o insanlara, şəhidlərimizə həsr etmişdim. Belə qələbələrdən sonra qaçqın düşən insanlar o zülmləri unudurlar. Hansı qəhrəmanımız varsa, ona həsr edək. Oyunlara formanın üzərində şəhidlərimizin şəkilləri ilə çıxmağa gəlincə, bu, böyük turnirdir. Bilmirəm ki, buna icazə verərlərmi. Hər birini çox istəyirik, onlar qəlbimizdədir. Bu klub çalışır ki, onların hörmətini saxlayaq. İnşallah, qələbələrimizi qazanaq, onlar diqqətimizi görəcəklər. Böyük turnirdə kiçik bir şeyə də nəzarət olunur. Məsələni siyasiləşdirməyək, pillə-pillə irəli gedək. Qələbələrimizlə onların ruhu şad olacaq. Hər biri bizim fəxrimizdi.
- Xeyli qol epizodu boşa verildi. Bu, nəylə əlaqələndirərdiniz?
- Vurmamaqla (gülür). Oyunda həyəcan var idi. Daha çox bununla bağlı idi. İnşallah, futbolçularımızda növbəti oyunlarda daha böyük məsuliyyət olacaq və həmin epizodlarda daha soyuqqanlı olacaqlar.
- Mahir Mədətov oynadığı hücumda özünü göstərə bilmir. Narahat hiss edir...
- Qol vurmamağa görə heç kimi tənqid etməmişəm. Mahirin qaçırdığı epizodlar əsasən hücumçuların epizodlarıdı. Mədətov belə epizodları 3-4 dəfə tapırsa, məni qane edir. Onun hərəkətlərində hücumçu olduğu hiss olunur. Futbolçu o haqda düşünməməlidi ki, qol vura bilmədi. Sadəcə, fərlqənə bilmədiyinə görə əhval-ruhiyyədən düşdü. Qol vuramayandan sonra azarkeşlər, futbolçular onu daha çox alqışladılar.
- Qışadək transfer çalışmaları gözlənilir?
- Açığı, bu yöndə çalışmalarımız bitməyib. Axtarışdayıq. danışqılar gedir. Düşündüyümüz alınsa, yei transfer görə bilərsiniz.
- Hansı xəttə?
- Hücum xəttinə. Yarımümdafiə və hücuma da axtarıçlarımız gedir.
- İslandiyalı qapıçını böyük ümidlərlə transfer etsəniz də, hazırda kölgədə qalıb.
- Belə demək düzgün deyil. İlk oyun idi ki, "18-liy"ə salmışdım. O. düşərgəmiz zədəli gəlmişdi. Qarşıdakı oyunda meydana çıxmaq ehtimalı var. Hər bir qapıçı mənim üçün dəyərlidi. Matçlarda rotasiya etmişik və hər birinin oynamaq ehtimalı var. Dəfələrlə demişəm ki, bu gün oynayanların sabah da əsas heyətdə yer almasıma qarnatiya yoxdu. Heyətimizdə dəyişiklər rəqibə görə də olur.
- Millidə müdafiənin mərkəzində problem son vaxtlar çox müzakirə olunur. Rəşad Sadıqovun qayıtmasınn mümkünlü haqda danışırlar...
- 10 gün olar Ruslan Abışov zədələnib. Ölkədə mərkəz müdafiəçisi problemi var. Ruslan kimi oyunçunun zədələnməsi arzuolunmazdı. Rəşadı qaytarmaq haqda düşünməmişəm. O, milli karyerasını bitirib. Açıqlamasında deyib ki, çox vacib lazım olsa, qayıda bilər. Ancaq bu barədə söhbətimiz olmayıb.
- Qazon sıradan çıxıb. Bu, BATE-ylə matçda problem yarada bilərmi?
- 4 gün əvvəl daha pis idi. Dünən səhər bir az irəliləyiş vardı. İstilərə görə otun bəzi yerləri yanmışdı. Mütəxəssislər bizə deyiblər ki, növbəti ev matçımzadək minimum belə vəziyyətdə qalacaq. İstəməzdim ki, meydan pisləşsin, İnşallah, minumum belə olar.
sportnet.az