Qurban Qurbanov rəhbərliklə nəyi müzakirə edib?

“Qarabağ” rəhbərliyi komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Sportline.az xəbər verir ki, klubun icraçı direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında bunları deyib: “Klubumuzun prezidenti və vitse-prezidenti daim “Qarabağ”ı nəzarətdə saxlayır. Dünənki görüşdə də ümumi vəziyyətlə maraqlandılar, komandaya uğurlar arzuladılar”.