Qurban Qurbanov reytinq siyahısında irəlilədi

"World Coach Ranking" saytı dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, milli komandanın və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 458-ci pillədədir. O, ötən siyahı ilə müqayisədə 4 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 42 xalla 698-ci pillədə yer alıb. İtaliyalı mütəxəssis də ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone, üçüncü yerdə "Qremio"nun baş məşqçisi Renato Qauçodur.