Qurban Qurbanov sualları cavablandıracaq

Avropa Liqasının qrup mərhələsinin “Sportinq” (Portuqaliya) - “Qarabağ” görüşündən əvvəl Ağdam klubunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Sportline.az xəbər verir ki, sentyabrın 19-da baş məşqçi Qurban Qurbanov, Bakı vaxtı ilə 21:30 - da media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə, Bakı vaxtı ilə 22:00-da oyunun keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.