Qurban Qurbanov sualları cavablandıracaq

Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Düdelanj" görüşündən öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, son məşqlər dekabrın 11-də olacaq. 

Həmin gün saat 13:30-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Düdelanj"ın baş məşqçisi Bertran Krasson isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" - "Düdelanj" matçı dekabrın 12-də keçiriləcək.