Qurban Qurbanov U-21 komandamızın məşqində

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıqlarını davam etdirir.

SportLine.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında keçirilən məşqi millimizin çalışdırıcısı Qurban Qurbanov da izləyib.

Qeyd edək ki, yığmamız noyabrın 15-də Bakıda Ukrayna, 19-da isə səfərdə Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.