Qurban Qurbanov "Xəzər"in Premyer Liqadan kənarda qalma səbəbini açıqlayıb
Azərbaycan milli komandasının baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov I Divizionun çempionu "Xəzər"in Topaz Premyer Liqasından (TPL) kənarda qalmasını şərh edib. Sportline.az Sport24.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı lisenziya sənədlərinə baxdığını söyləyib: "Bu klubun "bank təminatı" yoxdur. Bu yoxdursa, artıq nəsə demək olmur. Buna əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır".
Qeyd edək ki, I Diviziondan yalnız "Sabah"ın sənədləri İK üzərləri tərəfindən məqbul sayılıb.