Qurban Qurbanovdan açıqlama
“Oyun pis olmadı. Sürətli qarşılaşma izlədik”.
Sportline.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi Facebook səhifəsinə deyib.
Dünən “Sumqayıt”la keçirilən yoxlama görüşü (2:1) barədə danışan Qurban Qurbanov deyib: “İstəyirdim ki, belə bir matç olsun. “Sumqayıt”ın baş məşqçisi Samir Abasov sağ olsun, əvvəlcədən bu oyunla bağlı razılıq əldə etmişdik. Düşünürəm ki, hər iki komanda yaxşı çıxış etdi. Futbolçuların istəklərindən razı qaldım, həm “Sumqayıt”, həm də bizimkilər istəkli idilər. Oyun düşündüyümüz proqram üzərində alındı”.