Qurban Qurbanovun köməkçisinin səfəri uğursuz alındı

Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın şərəfini qoruduğu "Samsunspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Elazığspor" kollektivi olub.

Qarşılaşma "Samsunspor"un qələbəsi ilə yekunlaşıb - 2:0.

U.Budak matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, Azərbaycan millisinin məşqisi Qurban Qurbanovun göstərişi ilə Elçin Rəhmanov da bu oyunu izləmək üçün Türkiyəyə yollanıb. Mütəxəssis U.Budakın oyunu barədə baş məşqçini məlumatlandırmalı olsa da, futbolçunun çıxışına baxmaq E.Rəhmanova nəsib olmayıb.