Qurban Qurbanovun millidəki taleyinə aydınlıq gəlir
Bu gün AFFA İcraiyyə Komitəsinin 2018-ci ildə son iclası keçiriləcək. SportLine.az xəbər verir ki, qurumun binasında təşkil olunacaq tədbirdə bir sıra məsələlər müzakirə olunacaq.
Əsas diqqət milli komandanın son 1 il ərzində göstərdiyi nəticələrə yönəldiləcək. İcraiyyə Komitəsi baş məşqçi Qurban Qurbanovun vəzifəsində qalıb-qalmaması ilə bağlı yekun qərar verəcək.
Onunla ötən ilin noyabr ayında 6 illik müqavilə imzalansa da, yayılan xəbərlərdə AFFA-nın mütəxəssisin qarşısına şərt qoyduğu, onun, ya millini, ya da "Qarabağ"ı seçməli olduğu deyilir.
Bununla yanaşı, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı mövzuları ətrafında müzakirələr aparılacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək və digər məsələlər gündəmə alınacaq.
Qeyd edək ki, iclas saat 11:00-da başlanacaq.