Qurban Qurbanovun oğlu dubl edib

UEFA İnkişaf turnirinə qatılan 2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi son oyununu keçirib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub. Yığmamızın heyətində hər iki qolu millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) uduzan U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.