Qurban Qurbanovun oğlu əsas komandada ilk görüşünə çıxdı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub.

Sportline.az xəbər verir ki, matç Ağdam klubunun heyətində debütlə əlamətdar olub. Uzun müddət əvəzedicilər komandasında çıxış edən Azərbaycan U-21 millisinin üzvü Musa Qurbanlı ilk dəfə əsas komandanın heyətində meydana çıxıb. Qurban Qurbanov ikinci hissənin əvvəlində oğlunu meydana buraxıb.

Görüşdə hesab 3:1 "Qarabağ"ın xeyrinə olub. Komandalar arasında ilk görüşdə "atlılar" minimal hesabla qalib gəlib - 1:0.