Qurbanov daha 11 pillə irəlilədi

"World Coach Ranking" saytı baş məşqçilərin yeni reytqin siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, Azərbaycanda üç məşqçinin adı yer alıb.

Ən yaxşı göstərici "Qarabağ"ın və Azərbaycan millisinin çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ötən həftə ilə müqayisədə 11 pillə irəliləyən mütəxəssis 472-ci pillədə qərarlaşıb. Q.Qurbanovun aktivində 1169 xal var.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-cı, "Zirə"nin çalışdırıcısı Ayxan Abbasov isə 255 xalla 972-ci yerin sahibidir.

Qeyd edək ki, cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Barselona”nın çalışdırıcısı Ernesto Valverde və “Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.