Qurbanov irəlilədi, Qriqorçuk mövqeyini itirdi

Dünya futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, siyahıda Topaz Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

Ən yaxşı göstərici yenə Qurban Qurbanova məxsusdur. Azərbaycan millisinin və "Qarabağ"ın çalışdırıcısı iki pillə irəliləyərək 470-ci sıraya yüksəlib. Onun aktivində 1169 xal var.

Bir pillə geriləyən Roman Qriqorçuk ("Qəbələ") 927-ci yerin sahibidir.

Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 3 çalışdırıcını qabaqlamaqla, 969-cu yerə qalxıb.

Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 17118 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidi. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14202 xala malikdi.