Qurbanov "Qarabağ"a qələbə qazandırdı

Futbol üzrə Azərbaycan I Divizionunda XIII tura yekun vurulub.

Sportline.az xəbər verir ki, “Qarabağ-2”nin “Sabah-2”ni 5:1 hesabı ilə məğlub etdiyi oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 4 qola imza atıb.

9 dekabr (bazar ertəsi)

“Sabah-2” - “Qarabağ-2” 1:5

Qollar: Zahid Mərdanov, 24-p. - Musa Qurbanlı, 5, 35, 57, 83; Cavid Bayramov, 71

Qeyd edək ki, Musa Qurbanlı 13 qolla bombardirlik yarışına başçılıq edir. “Qarabağ-2” 15 xalla 9-cu pillədə qərarlaşıb. Lider “Səbail-2”nin isə 27 xalı var.