Qurbanov Qriqorçuku xeyli qabaqlayır - REYTİNQ

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycanda fəaliyyət göstərən məşqçilərdən Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abbasovun ("Zirə") adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. O, 1169 xalla 497-ci (-1) pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 942 (-3), A. Abbasov isə 217 xalla 986-cıdır (+5). 

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 min 356 xal) başçılıq edir. Renato Qauşo ("Qremio")  14 min 104 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13 min 740 xalla 3-cü pillədə qərarlaşıb.