Qurbanov Yurçeviçlə söhbətindən danışdı

“İcraiyyə Komitəsinin iclasında Tovuz Akademiyası yaradılması, VAR sistemi ilə bağlı danışıldı. Bir az pozitiv fikirlər oldu. Bir də bəzi məsələlər müzakirə olundu”. SportLine.az Matc.az saytına istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, AFFA İcraiyyə Komitəsinin (İK) iclası bərədə məlumat verib. Millidən ayrıldıqdan sonra İK-dan da getmək istədiyini bildirən mütəxəssis bu dəfə belə bir danışığın olmadığını deyib.

Qurbanov yığmanın yeni baş məşqçisi Nikola Yurçeviçlə görüşlərindən də danışıb: “Qısa olaraq bəzi futbolçular barədə söhbət etdik. Klubun düşərgəsinə gəlmək istədi. Yəqin ki, martın 6-7-də bu reallaşacaq. Futbolçularla görüşmək istədiyini dedi və mən də bildirdim ki, mən tərəfdən hansısa köməklik lazım olsa, hazıram. Komandamıza simpatiyasını göstərdi. Hər halda, milliyə, futbolçulara kömək etmək borcumuzdu”.