Qurbanovun gedişi rəsmiləşdi

Millimizin üzvü Ruslan Qurbanovun “Səbail”dən gedişi rəsmiləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu ilə müqavilənin müddəti yekunlaşıb.

“Səbail” klubu rəsmi saytı vasitəsilə futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.