Qvardiola 100-ə çatdı

"Mançester Siti" İngiltərə Premyer Liqasının 20-ci turunda "Şeffild Yunayted"i 2:0 hesabı ilə məğlub edib.

Sportline.az xəbər verir ki, bu qələbə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola üçün xüsusi önəm daşıyıb. İspan mütəxəssis 100-cü qələbəni ən az oyuna qazanan baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb.

48 yaşlı çalışdırıcı 134-cü oyununda buna nail olub.

Daha öncəki rekord Joze Mourinyoya məxsus idi. Portuqaliyalı mütəxəssis 142-ci matçında 100-cü qələbəni qazanmışdı.