Qvardiola: "Heç kim özünü Ronado və Messi ilə müqayisə edə bilməz"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçuları Rahim Sterlinq haqda fikirlərini bildirib.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, Qvardiola deyib: “Mən çox sevinirəm ki, Sterlinq həm klubu, həm də milli komandasında yaxşı oynayır. Biz ona daha yüksək səviyyəyə qalxmağa kömək etməliyik”.

Qvardiola Sterlinqin Ronaldo və Messi ilə müqayisə olunmasının əleyhinədir:

“Mən ona mətbuatı az oxumağı tövsiyə edirəm. Bu, onun ziyanına işləyə bilər. Axı bu gün heç kim özünü Ronado və Messi və onların son 10 ildə hər həftə etdikləri ilə müqayisə edə bilməz. Onlar həqiqətən əfsanədirlər”.